SIĞORTA

"Rəvan Sığorta"nın rəhbərliyində yeni təyinat olub
05 MART
623

"Rəvan Sığorta"nın rəhbərliyində yeni təyinat olub

2018-03-05 11:37:00

"Rəvan Sığorta” ASC-nin rəhbərliyində yeni təyinat olub. Şirkətin İdarə Heyətinin üzvü, Satış və Marketinq departamentinin müdiri Nuriyev Mail Nurəhməd oğlu 22.02.2018-ci il tarixdən etibarən İdarə Heyəti sədrinin müavini vəzifəsinə təyin olunub. Bu barədə Fins.az-a M.Nuriyev özü məlumat verib.

Qeyd edək ki, Mail Nuriyev 2010-cu ildən “Rəvan Sığorta” ASC-də çalışır. O,şirkətdə əmək fəaliyyətinə satış meneceri kimi başlamış,2013-cü ildə Satış və Marketinq departamentinin müdiri əvəzi,2014-cü ildə isə həmin departamentin müdiri vəzifəsinə təyin edilib. Mail Nuriyev 2016-cı ildə Maliyyə Bazarlarına Nəzarət Palatasından müvafiq attestasiyadan keçərək İdarə Heyətinin üzvü seçilmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255