SIĞORTA

Sığorta şirkəti "Romantik KASKO" satışına başlayıb
14 FEVRAL
535

Sığorta şirkəti "Romantik KASKO" satışına başlayıb

2018-02-14 11:05:00

"A-Qroup Sığorta" şirkəti müştərilərinə Sevgi Dolu KASKO sığortası təklif edir. Şirkətdən Fins.az-a verilən məlumata görə, "A-Qroup" avtomobillərin könüllü sığortası üzrə qəza (toqquşma, qarşılaşma zədəsi, çevrilmə, yuvarlanma ), yanğın, öz-özünə alışma, şüşələrin sınması, təbii fəlakətlər, nəqliyyat vasitəsinin qaçırılması, qaçırılma vaxtı baş verən zədələr və üçüncü şəxslərin digər qeyri qanuni hərəkətləri, daşların, əşyaların, uçan aparatların düşməsi və digər bədbəxt hadisələrlə bağlı riskləri qarşılayır.

 

Eləcə də bax:Sığorta şirkəti müştərilərinin kreditini ödəyəcək - YENİLİK

Avtomobilini könüllü qaydada sığortalayan müştərilər üçün sığorta haqqını hissə-hissə də ödəmək imkanı yaradılır. Eyni zamanda qəzada sürücü günahkar olmadığı halda azadolma məbləği tətbiq edilmir. O cümlədən, şirkət kasko sığorta ilə bağlı pulsuz evakuasiya xidməti təklif edir. Maraqlı cəhət bundan ibarətdir ki, sığorta şirkəti müştərilərinə mobil aplikasiya təqdim edir. Bu proqram vasitəsilə qəza anında avtomobil sahibi sadəcə düyməni basmaqla sığorta şirkətinin əməkdaşlıq etdiyi klinikadan təcili tibbi yardım çağıra bilər və bu xidmət pulsuzdur. Eyni zamanda şirkətin nümayəndələri hadisə yerini müəyyən edib, dərhal həmin əraziyə yaxınlaşırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254