SIĞORTA

“AtaSığorta”dan gözlənilməz artım – İLİN İLK NƏTİCƏLƏRİ
05 FEVRAL
310

“AtaSığorta”dan gözlənilməz artım – İLİN İLK NƏTİCƏLƏRİ

2018-02-05 12:46:00

“AtaSığorta” şirkəti bu ilin ilk nəticələrini açıqlayıb. Şirkətdən Fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi yanvar ayında 383 817  manat olub. Bu ötən ilin yanvar ayı ilə müqayisədə 1,9 dəfə çoxdur. Belə ki, sığorta şirkəti 2017-ci ilin yanvar ayında 722756 manat sığorta haqqı toplaya bilmişdi.

Eləcə də bax: Özəl sığortaçılığın 25 ili – ŞÜKÜR HÜSEYNOV YAZIR

 Sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri isə 2,9 dəfə artaraq 606 983 manata yüksəlib. Halbuki, ötən ilin ilk ayında şirkətin ödəniş xərcləri  208 477 manat təşkil etmişdi. Şirkətdən bildirilib ki, bu məbləğ əsasən kasko sığorta, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, əmlak sığortası və tibbi sığorta üzrə ödənilib. 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0865
  • ₽ RUB
    0.0300