SIĞORTA

Adı dildən düşməyən sığorta şirkətləri –TOP 10
02 FEVRAL
723

Adı dildən düşməyən sığorta şirkətləri –TOP 10

2018-02-02 16:30:00

Media Consulting and Services” şirkəti yanvar ayı üzrə sığorta şirkətlərinin media üzrə reytinqini açıqlayıb. Fins.az xəbər verir ki, medianın əhatəsinə daxil olan məlumatlar media qrupu tərəfindən kəmiyyət, keyfiyyət, xarakter (tonallıq) və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media aktivliyinin reytinqi hesablanıb.

Fins.az xəbər verir ki, ay ərzində mediada  sığorta şirkətləri ilə bağlı 11154 ədəd ad hallanan yazı dərc edilib. 140 dəfə adı çəkilən “PAŞA Sığorta” siyahıda 1-ci, “PAŞA Həyat” 118 ad hallanması ilə 2-ci, “Azərsığorta” 109 ədəd göstərici ilə 3-cü olub.

Media Consulting and Services”dən bildirilib ki, cari hesabat dövründə bütün mövzular üzrə məlumatların kəskin azalması müşahidə edilib. Bu tendensiya Yanvar ayında bayram və qeyri işgünlərinin sayının digər aylarla müqayisədə çox olması ilə əlaqədardır.

Qeyd edək ki, media monitorinq qrupu  10 Televiziya, 55  çap  və  600 on-line media daxil olmaqla  665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Monitorinq qrupu 22 sektorun, o cümlədən Enerji-yanacaq, İKT, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276