SIĞORTA

Kənd təsərrüfatı sığortasında gözlənilməz sıçrayış – 217% artım
01 DEKABR
139

Kənd təsərrüfatı sığortasında gözlənilməz sıçrayış – 217% artım

2017-12-01 11:27:00
Azərbaycanda kənd təsərrüfatı sığortası gözlənilmədən artıb. Fins.az xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında kənd təsərrüfatı bitkilərinin sığortası üzrə yığımlar 217% və ya 907 min manat artaraq 1,419 milyon manata yüksəlib. Ötən ilin eyni dövründə bu rəqəm 1,324 milyon manata bərabər olmuşdu.
Bu sığorta növü üzrə ödənişlərin həcmi isə 743 manatdan 1,419 milyon manata qədər yüksəlib.
 Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə isə yığımların həcmi 1,581 milyon manat və ya 129% artaraq  2,802 milyon manat  təşkil edib. Ötən ilin on ayında 1,220 milyon manat sığorta haqqı toplanılmışdı.
Kənd təsərrüfatı heyvanlarının sığortası üzrə ödənişlər kəskin azalıb. Belə ki, ödənişlərin ümumi həcmi 94% azalaraq 44,238 min manata düşüb. Halbuki ötən ilin yanvar-oktyabr aylarında fermerlərə ödənilən vəsaitlərin həcmi 741,026 min  manat olmuşdu.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0116
  • ₽ RUB
    0.0290