SIĞORTA

“Qala Həyat”dan 7 yaşında “Ad gününüz mübarək” kampaniyası
30 NOYABR
461

“Qala Həyat”dan 7 yaşında “Ad gününüz mübarək” kampaniyası

2017-11-30 10:42:00
Azərbaycan Respublikasının həyat sığortası sahəsində  ixtisaslaşdırılmış “Qala Həyat” Sığorta Şirkətinin fəaliyyətinin 7 ili tam oldu. 
Bu səbəbdən 30 noyabr tarixində könüllü həyat sığotası əldə etmək istəyən hər-bir şəxs “Ad gününüz mübarək” (parolunu) gizli sözünü deməklə, 7% güzəşt əldə edəcək!
“Qala Həyat” Sığorta Şirkəti həyat sığortası sahəsi üzrə ilk lisenziyasını 30 noyabr 2010-cu il tarixində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmişdir.2014-cü il 29 iyul tarixində Cəmiyyətə həyat sığortası sahəsində fəaliyyəti üçün müddətsiz lisenziya verilmişdir.
 “Qala Həyat” Sığorta Şirkətinin nizamnamə kapitalı 12 870 000 manatdır və əsas Səhmdarı və təsisçisi Aərbaycan Respublikasının  yeganə təkrarsığorta şirkəti “AzRe” Təkrarsığortadır ASC-dir.
“Qala Həyat” Sığorta Şirkəti 2014-cü ildən müştərilərinin rahatlığını təmin etmək məqsədi ilə ixtisaslaşdırılmış çağrı-mərkəzini,1540 (istənilən mobil operatorlardan və şəhərlərarası çıxış) Qaynar Xəttini yaratmışdır.
Eyni zamanda şirkət mütəxəssislərin sayı və onların ixtisaslaşdırma səviyyəsini artırılması məqsədi ilə mütəmadi şəkildə müəyyən beynəlxalq və yerli təlim-tədris kursu əsasında təkmilləşdirilir.
Hal-hazırda “Qala Həyat” Sığorta Şirkətinin iri korporativ müştəri portfeli mövcuddur. Həmin müştərilər dövlət və özəl sektoruna aid olan təşkilatlardı.
Eyni zamanda müştərilərin rahatlığını təmin etmək məqsədi ilə expresspay və milli ön online ödəniş portalları vasitəsi ilə ödəniş imkanı yaradıb.
“Qala Həyat” Sığorta Şirkətinin cəmiyyətimizin qarşısında  sosial məsuliyyət hissi daşıyaraq bir sıra sosial proektlərdə iştirak edib. Həmin proektlər siyahısında Asan Xidmət-in könüllüləri ilə birlikdə “ASAN Məktub” proektində Cəlilabad rayonunda bir sıra məktəblilərin sevincinə səbəb oldu. Cari ilin oktyabr ayında “Almaniya bir rəssamın gözü ilə” rəssamlıq müsabiqəsində təşkilatı dəstək olub. Sentyabr ayında isə Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə  qan vermə aksiyasında iştirak edib. 
Bugün ki gündə “Qala Həyat” Sığorta Şirkəti həyat sığortası sahəsində mövcud olan bütün sığorta növləri üzrə xidmətlər təklif edir, bu isə hal hazırda mövcud olan və potensial müştərilər üçün çox əhəmiyyətli bir amildir.
“Qala Həyat” Sığorta Şirkətinin sığorta növləri üzrə müştərilərə təklif etdiyi sığorta məhsulları siyahısı:
 İcbari sığorta növü:
İstehsalatda Bədbəxt hadisələr və Peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
Könüllü sığorta növü:
  • İpoteka krediti üzrə borcalanın həyat sığortası
  • “Kapital” proqrammı üzrə Həyatın yığım sığortası
  • “Bədbəxt hadisələrdən sığorta” məhsulu
  • Sağalmaz xəstəliklərdən həyat sığortası
  • Uşaqların xeyrinə yığım sığortası
Bütün qeyd olunan sığorta növləri üzrə ətraflı məlumatı 1540 nömrəli çağrı mərkəzindən və ya www.qala.az  internet saytından əldə edə bilərsiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289