SIĞORTA

Sığorta şirkətləri müştəri sənədlərini qəsdən itirir – AÇIQLAMA
03 NOYABR
314

Sığorta şirkətləri müştəri sənədlərini qəsdən itirir – AÇIQLAMA

2017-11-03 10:40:00

Sığorta şirkətləri ilə müştəriləri arasında mübahisə doğuran məsələlərdən biri də təqdim olunan sənədlərin bəzi hallarda məsuliyyətsizlik və ya bilərəkdən itirilməsidir. Sığorta eksperti İlkin İbrahimov Fins.az-a bildirib ki, ümumilikdə sənədlərin təqdim olunması zamanı vətəndaş savadsızlığı qarşı tərəfin (sığorta şirkətinin) əməkdaşlarının diqqət etdiyi məqamlardandır. Hazırkı dönəmdə tək sığorta şirkətləri deyil, digər bütün orqanlarda da belə hallara rast gəlmək mümkündür.

Sığorta işçiləri müştəri sənədlərinə məsuliyyətsiz yanaşır”

Bununla belə, sığorta şirkətlərində sənədlər iki formada itirilir. Bunlardan biri sığorta işçilərinin məsuliyyətsizliyi ilə bağlıdır:Elə sığorta şirkətləri var ki, müştəri xidmətlərində oturan əməkdaşları rəhbər şəxslərin yaxın tanışlarından ibarətdir. Sistemin düzgün qurulmaması, bacarıqsız, səriştəsiz şəxslərin işə biganə və etinasız yanaşması, çox işlər fonunda ona tapşırılan əmrləri gözardı etməsi bəzi hallarda vacib müştəri sənədlərinin itirilməsi ilə nəticələnir”.

Sığortaçılar müştərilərin savadsızlığından istifadə edir”

Ekspert bildirib ki, bəzi hallarda isə sənədlər qəsdən itirilir. Sığorta şirkətləri müştərinin savadsızlığındann istifadə edərək mübahisə doğuran məsələlərin qabarmaması üçün vacib sənədləri itirirlər. Məsələn, bu ilin fevral ayının 27-də Nəsimi Rayonu C.Məmmədquluzadə küçəsi ilə Bakıxanov küçələrinin kəsişməsində Hyundai markalı 10-AA-825 d.q.n-li avtomobil qəzaya düşüb. Yol polisi hadisə yerinə gəlib vəə məlum olub ki, qəzaya səbəb 10-AA-825 d.q.n-li avtomobilin sürücüsü Cəfərov Natiq Kamal oğludur. Sığorta şirkəti hadisə yerinə gəlib onu qeydə alıb. Bundan sonra yol polisindən qəza ilə bağlı Forma 4 də verilib. Yəni, son nəticədə zərər vuran və zərər çəkən tərəf müəyyən edilib.

Sığorta şirkəti hadisə ilə bağlı DYP –yə sorğu versə də vətəndaşdan qəsdən ərizə alınmayıb və onu get-gələ salıb. Hadisədən 3 ay sonra vətəndaş hüquqşünasa müraciət edir və nümayəndə danışıqları yazışma şəklində aparmağa qərar verir.

Bundan sonra sığorta tələbi barədə ərizəyə cavab olaraq sığorta şirkəti bildirir ki, vətəndaş sığorta tələbinin olması barədə müraciət etməyib. Bundan sonra avtomobilin qüsur aktının surəti sığorta şirkətinin əməkdaşı tərəfindən imzalanaraq götürülür. Bir müddət sonra vətəndaş mübahisə ilə bağlı məhkəməyə müraciət edir. Məhkəmə gedişi zamanı sığorta şirkəti hüquqşünası onlara qüsur aktının təqdim edilməməsini əsas gətirir. Amma vəziyyət sığorta şirkətinin gözləntilərinin əksinə dəyişir. Belə ki, müştərinin nümayəndəsi “qüsur aktının əslini qəbul etdim” imzalanmış sənədi məhkəmədə göstərən zaman sığorta əməkdaşı bu haldan çıxılmaz vəziyyətə düşür.

Vəziyyətdən çıxış yolu... Bunu edin!”

Ekspert bildirib ki, sığortalı müştərilər belə hallarla üzləşməmək üçün ehtiyatlı olmalıdırlar: “Vətəndaşlar məsuliyyətsizlik və qəsdən sənədlərin itirilməsi halı ilə üzləşməmək üçün “söz uçar, yazı qalar” fikri ilə hərəkət etməlidirlər. Yəni, bütün prosesi yazılı formada etmək və bu formanın nüsxəsinin surətini çıxararaq vəzifəli və məsul şəxsə imzalatdıraraq özünüzdə sübut vasitəsi kimi saxlamaq məsləhətdir. Uzun illərin təcrübəsi onu deməyə əsas verir ki, hər zaman hər yerdə yazılı sənədin bir nüsxəsinə “Qəbul etdim” yazdırıb, imzaladın və götürün. Sonra bu sizə çox lazım olacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287