SIĞORTA

İnəklərlə toqquşan "Hyundai"ın pulunu sığorta ödədi
23 OKTYABR
481

İnəklərlə toqquşan "Hyundai"ın pulunu sığorta ödədi

2017-10-23 15:31:00

AZSIĞORTA şirkəti yeni iri həcmli sığorta ödənişini həyata keçirib. Bu barədə Fins.az-a sığorta şirkətindən bildirilib. İsmayılli-Şəki yolunun 76-ci km-də hərəkətdə olan Hundai markalı avtomobilin qarşısına çıxan 3 baş iribuynuzlu heyvana çırpılması nəticəsində yol nəqliyyat hadisəsi baş verib. Sirkət avtomobilə dəymiş ziyanı qarşılayaraq, 11 256 manat dəyərində sığorta ödənişi etmişdir.

Sözügedən məhsul bu il bazara təklif olunmağa başlayıb və müştəri sığorta haqqının yarısını ödəməklə bu məhsulu əldə edə bilir. Digər yarısını isə hadisə olduğu zaman azadolma məbləği olaraq ödəyir.  Bu il AZSIĞORTA şirkəti daha bir neçə iri sığorta ödənişləri həyata keçirib – baş verən sığorta hadisələrinə görə 300 000, 40 900, 234 856 və 150 689 manat sığorta ödənişi həyata keçirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285