SIĞORTA

Yeddi ilin maşını qəzada darmadağın oldu – 42 milyonluq sığorta - FOTO
13 OKTYABR
321

Yeddi ilin maşını qəzada darmadağın oldu – 42 milyonluq sığorta - FOTO

2017-10-13 10:17:00

ABŞ-ın Texas ştatının Dallas dairə andlılar məhkəməsi "Honda Fit" avtomobili ilə qəzaya düşən ər-arvada bu qəzaya görə 42 milyon dollar kompensasiya ödənilməsi barədə qərar çıxarıb. Finsa.az xəbər verir ki, qəzada 2010-cu il istehsalı olan avtomobilin banı darmadağın olub və yanacaq çəni partlayıb. Maşında olan ər-arvad bunun nəticəsındə çoxlu yanıq xəsarətləri alaraq möcüzə nəticəsində sağ qalıblar. Araşdırma nəticəsində məlum olub ki, avtomobilin damı 2012-ci ildə dolu vurması nəticəsində əzilib və sığorta şirkəti damını dəyişdirməklə onu təmir etdirib. Lakin sığorta şirkəti damı istehsalçının tələbinə uyğun adi qaynaqla deyil, ucuz başa gəlsin deyə yapışqanla yapışdırmağı tələb edib. Bu səbədən qəzaya düşən avtomobil darmadağın olub. Damın dəyişdirilməsi barədə isə avtomobili sonradan əldə edən ər-arvada məlumat verilməyib.

Yəqin ki, belə ağır kompensasiya ödənişi sığorta şirkətləri və avtoservislər üçün çox ciddi dərs olacaq.

Avtosfer.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296