SIĞORTA

"Copy-paste" həyat sığortaları reallığa uyğun deyil" -AÇIQLAMA
12 OKTYABR
254

"Copy-paste" həyat sığortaları reallığa uyğun deyil" -AÇIQLAMA

2017-10-12 18:52:00

 Həyat sığorta şirkətləri də icbari sığorta növlərinin üzərinə fokuslanıblar. Bunu fins.az-a müsahibəsində sığorta eksperti Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, həyat sığorta şirkətləri könüllü həyat sığortası ilə bağlı normal bir sığorta məhsulu ortaya çıxara bilmirlər: "Nə normal şəkildə bazarda pensiya sığortası, nə yığım sığorta məhsulu, nə də normal təhsil sığortası var. Düzdür, bazarda müəyyən “copy-paste”lər var. Amma bunların bir çoxu Azərbaycanın reallığına uyğun gəlmir. İnsanlar arasında maarifləndirmə aparılmır".

Ekspert əlavə edib ki, sığorta problemlərinin kökündən həlli üçün insanlar özləri onlayn rejimdə sığorta almağa meylləndirilməlidir. Ən yaxşı həll yolu innovativ texnologiyalardır. Digər tərəfdən nə qədər insan faktoru var, xüsusilə də agentlər varsa bu məsələnin qarşısını almaq mümkün deyil: "Hətta keçən il xeyli sayda sığorta agentinin lisenziyası ləğv edildi. Amma müştəri uğrunda yenə də mübarizə gedir. Zamanla neqativ hallara yol verən sığorta agentləri bazardan çıxacaq. Bundan əlavə insanlar da maariflənməlidirlər, artıq nəyə və necə pul ödədiklərini özləri müəyyən etməlidirlər".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296