SIĞORTA

Fins.az üzərindən onlayn sığorta satışı başladı
12 OKTYABR
560

Fins.az üzərindən onlayn sığorta satışı başladı

2017-10-12 10:10:00

Oktyabr ayının 12-dən etibarən Fins.az portalı üzərindən onlayn icbari avtomobil sığortasının satışı başlayıb. Yenilik “Fins Analitiks” şirkəti ilə “Beyli Assist” şirkəti (Profam Sığorta agentliyi) arasında əldə olunan razılaşmaya əsasən həyata keçirilir. Sığorta agentliyinin onlayn sığorta layihəsi olan www.insure.az-ın satış platforması artıq Fins.az saytında yerləşdirilib. Avtomobilini icbari qaydada daha operativ sığorta etmək istəyənlər artıq Fins.az-a da müraciət edə bilərlər. Digər onlayn sığorta platformalarından fərqli olaraq insure.az üzərindən sığorta əldə etmək daha asandır. Belə ki, platforma müştəridən daha az məlumat tələb edir, eyni zamanda daha operativdir. Avtomobillərin icbari sığortasını onlayn əldə etmək cəmi 4 mərhələdən ibarətdir.

1-ci sığortalamaq istədiyiniz avtomobilin dövlət qeydiyyat nişanını (DQN) müvafiq xanaya daxil edirsiniz. Sistem, bu avtomobilə aid son qeydiyyat məlumatlarını İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində axtarış edir. Əgər, sistemdə bu DQN ilə bir neçə avtomobil tapılarsa, avtomobilinizin ban (və ya şassi) nömrəsini müvafiq xanaya daxil edirsiniz. Axtarış nəticə verməsə, və ya tapılmış avtomobilin marka/modeli yanlış olarsa, sayt administratoru ilə əlaqə üçün sizə rahat olan müraciət növünü seçə bilərsiniz.

2-ci addım olaraq, şəxsiyyət vəsiqəsinin FİN kodu və seriya nömrəsi müvafiq xanaya daxil edilir. Sistem müştəriyə aid məlumatları İSB-nin informasiya sistemindən axtarış edəcək. Bazadan tapılan mobil nömrədə dəyişiklik etmək istədikdə, düzəliş et düyməsini basıb, yeni nömrə daxil edirsiniz. 

3-cü addım olaraq, sığortalanmaq istədiyiniz sığorta şirkətini seçirsiniz. Sığorta Şirkətlərinin adlarının önündə avtomobilə aid görsənən sığorta haqları, daxil etdiyiniz şəxsiyyət vəsiqəsi məlumatlarınıza əsasən, bonus-malus sisteminə uyğun olaraq İSB tərəfindən hesablanır.

Sonuncu addım olaraq, sığorta haqqını istəyinizə uyğun olaraq ya bank kartı məlumatlarınızı müvafiq xanalara, ya da ekranda gördüyünüz və mobil telefonunuza sms olaraq daxil olan ödəniş kodunu ödəniş terminallarında müvafiq xanalara dolduraraq ödəyə bilərsiniz.

Maraqlı cəhət bundan ibarətdir ki, sadalanan bütün proses saniyələr ərzində baş tutur.

Qeyd edək ki, birbaşa onlayn icbari sığorta əldə etmək istəyənlər buradakı linkə daxil ola bilərlər: http://fins.az/insurance

Xatırladaq ki, Profam Sığorta agentliyi sığorta sahəsində yardımçı fəaliyyət və sığorta vasitəçisi xidmətlərini həyata keçirdən peşəkar şirkətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296