SIĞORTA

“Satışlarımız ona görə artır ki…” – “AtaSığorta”dan açıqlama
07 SENTYABR
1239

“Satışlarımız ona görə artır ki…” – “AtaSığorta”dan açıqlama

2017-09-07 14:58:00
“AtaSığorta” sığorta satışlarının artmasının səbəbini açıqlayıb. Biznesin İnkişafı  Bloku üzrə İdarə  Heyəti sədrinin müavini Qoşqar Həsənov  fins.az-a bildirib ki, könüllü və icbari sığorta məhsullarının daha yaxşı təşkili avqust ayında sığorta satışlarını 2 dəfə artırıb. Sığorta satışları daha çox avtomobillərin kasko və icbari sığortası ilə yanaşı, daşınmaz əmlakın icbari və könüllü sığortası üzrə olub.
“Əhatə dairəmizi genişləndirmişik”
Sığorta şirkəti satışlarının artmasının birinci səbəbi kimi əhatə dairəsinin genişlənməsini göstərib. Belə ki, şirkətin inkişaf proqramına uyğun olaraq may ayından etibarən 5 filial, 10 nümayəndəlik və 35-ə yaxın agent satış məntəqələri açılıb: “Yeni fəaliyyət göstərən filial və nümayəndəliklərimiz müştərilərimizə yüksək sığorta xidmətləri göstərməklə yanaşı, sığorta hadisələrinin operativ  tənzimlənməsi və araşdırılmasını aparmaqla bütün ərazilərdə 24 saat aktiv xidmət göstərir”.
Q.Həsənovun bildirib ki, bundan əlavə sığorta şirkəti agentlərin sayının artımı və onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə yönəlmiş tədbirləri davam etdirir.
“Daha 2 filial açmağı planlaşdırırıq”
Sədr müavinin sözlərinə görə, “AtaSığorta” sentyabr ayında Gəncə və Xaçmazda filial açacaq: “Hazırkı şəraitdə əhatə dairəsinin genişləndirilməsi satışların artırılmasında və hadisələrin tənzimlənməsində böyük rol oynayır. Odur ki, şirkətimizin 2013 – 2018 ci il inkşaf proqramına uyğun olaraq, bu işlər bundan sonra da davam olunacaq”.
  Q.Həsənov əlavə edib ki, yaxın günlərdə “AtaSığorta” yeni kasko məhsulunun satışına başlamağı planlaşdırır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291