SIĞORTA

Yarım ildə sığorta bazarında nə dəyişib?
07 AVQUST
238

Yarım ildə sığorta bazarında nə dəyişib?

2017-08-07 11:43:00

Maliyyə Bazarlarına Nəzarət Palatası 2017-ci ilin yanvar-iyun ayı ərzində sığorta bazarının əsas göstəricilərini açıqlayıb. Fins.az xəbər verir ki, bu müddətdə sığorta şirkətləri tərəfindən 276 milyon 158 min manatdan çox sığorta haqqı toplanıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% azdır. Belə ki, 2016-cı ilin birinci yarısında sığorta bazarı üzrə ümumi yığımların həcmi 285 milyon 348 min manat təşkil etmişdi.

Bu ilin birinci yarısında sığorta şirkətləri tərəfindən həyata keçirilən ödənişlərin həcmi isə 22,6% artaraq 124 milyon 410 min manat təşkil edib. Ötən ilin eyni dövründə bu rəqəm 101 milyon 420 min manat olmuşdu.

Cari ilin ilk yarısı ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 45 manatı ödəniş edilib. Qeyd edək ki, 2016-cı ilin müvafiq dövründə bu göstərici 35 manat olub.

Könüllü sığorta bazarı üzrə haqlar ötən ilin müvafiq dövrü ilə müqayisədə 16 milyon 666 min manat artaraq 193 milyon 802 min manat təşkil edib. Bu sığorta növləri üzrə ödənişlər isə 23 milyon 427 min artaraq 98 milyon 573 min manata yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297