SIĞORTA

Londonda yanan binaya görə sığorta ödənişinin həcmi açıqlandı
19 İYUN
1086

Londonda yanan binaya görə sığorta ödənişinin həcmi açıqlandı

2017-06-19 11:25:00
Londonda yanan binaya görə sığorta ödənişinin həcmi açıqlanıb. Fins.az xəbər verir ki, bir neçə gün əvvəl yanan 24 mərtələbi London Grenfell qülləsi “Jardine Lloyd Thompson”  şirkəti tərəfindən sığortalanıb. Binanın təkrarsığortasını isə Münih Re” həyata keçirib. “Jardine Lloyd Thompson” sığorta brokeri yaydığı açıqlamada dəyən ziyanın ödəniləcəyini bildirib: “Sığorta şirkəti ilə işbirliyi çərçivəsində əlimizdən gəldiyi qədər yardımçı olmağa çalışacağıq”.
Norveç sığorta şirkəti “Protector Forsikring”ə görə, yanan  London Grenfell qülləsi üzrə sığorta zərəri  25 milyon sterlinkə bərabərdir.  Şirkətin rəhbəri Sverre Bjerkeli hesab edir ki, “Münih Re” tərəfindən təkrarsığorta edilən  binaya dəyən ziyan, o cümlədən bina sakinlərinin əlavə kirayə ödənişləri də daxil olmaqla bütün xərcləri qarşılanacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288