SIĞORTA

“Başak –İnam”ın səhmdarlarının pay bölgüsü dəyişdi
19 İYUN
488

“Başak –İnam”ın səhmdarlarının pay bölgüsü dəyişdi

2017-06-19 10:39:00
“Başak –İnam Sığorta” şirkətinin səhmdarlarının pay bölgüsündə dəyişiklik olub. Fins.az xəbər verir ki, sığorta şirkətinin səhmlərinin 15,84%-nə sahib olan Səbinə Həsənova  Qabil Hacıyev və Vasif Nağıyeva məxsus 2 səhmi alıb. Bununla da onun sığorta şirkətindəki səhmlərinin sayı 5542 ədəddən 5544 ədədə və yaxud 15,845%-ə yüksəlib.
2016-cı ilin hesabatına əsasən sığorta şirkətinin səhmlərinin 5%-i “Azər Türk Bank”a, 7,14%-i Turanbanka, 24,24%-i ləğvetmədə olan “Zaminbank”a, 14%-i “Qrupama” şirkətinə, 15,845%- Səbinə Həsənovaya, 15,21%- Akif Kərimova, 10,14%-i Orxan Həsənova olmaqla, ümumilikdə 5 hüquqi, 15 fiziki şəxsə məxsusdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0063
  • ₽ RUB
    0.0296