SIĞORTA

“Standard İnsurance Georgia”ya yeni rəhbər təyin edildi – EKSKLÜZİV
08 İYUN
1058

“Standard İnsurance Georgia”ya yeni rəhbər təyin edildi – EKSKLÜZİV

2017-06-08 09:53:00

Standard İnsurance Georgia”nın idarə heyətinin sədri dəyişib. Əvvəlki sədr Nəriman Qurbanov may ayının 21-dən etibarən şirkətdən ayrılıb. Bu barədə Fins.az-a Nəriman Qurbanov özü bildirib. Onun sözlərinə görə, “Standard İnsurance Georgia”nın idarə heyətinin yeni sədri Nicat Hüseynov seçilib.

N.Hüseynov Azərbaycanda 2007-ci ildən sığorta şirkətlərində rəhbər vəzifələrdə çalışıb. 2008-ci ildən “Qala Həyat” sığorta şirkətinin baş mühasibi, İdarə Heyətinin üzvü olub. 2016-cı ilin iyun ayında isə “Qala Həyat” sığorta şirkətinin İdarə Heyətinin sədrinin vəzifələrini müvəqqəti icra edib.

 

Xatırladaq ki, “Standard İnsurance Georgia” “Standard İnsurance” sığorta şirkətinin Gürcüstan bazarındakı törəmə şirkəti olub. Ötən ilin dekabr ayında isə Gürcüstan sığorta bazarına investisiya yatırmaq istəyən xarici şirkətə satılıb“.

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285