SIĞORTA

Azərbaycanda 1,1 milyon manat sığorta pulu verildi
11 YANVAR
652

Azərbaycanda 1,1 milyon manat sığorta pulu verildi

2017-01-11 12:27:00

Azərbaycan sığorta şirkəti 2016-cı ilin ən böyük ödənişlərindən biri verib. Fins.az-ın məlumatına görə, “Meqa Sığorta” şirkəti  ötən il  bir şirkətə 1 122 000 manat məbləğində ödəniş edib. Sığorta ödənişi ötən ilin sonunda tikinti-montaj risklərinin sığortası növü üzrə verilib. İnşaat zamanı sığorta obyektinə ziyan dəymiş və sığorta hadisəsi nəticəsində yaranmış zərərlər sığorta şirkəti tərəfindən qarşılanıb.

Qeyd edək ki, bu 2016-cı ildə 2-ci ən böyük ödənişdir. Bundan əvvəl, “İpək Yolu Sığorta” Əfqanıstanda qəzaya uğrayan An-12 yük təyyarəsinə görə 2,1 milyon manat ödəniş etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287