SIĞORTA

İcbari tibbi sığorta haqqının toplanacağı vaxt – AÇIQLANDI
06 YANVAR
671

İcbari tibbi sığorta haqqının toplanacağı vaxt – AÇIQLANDI

2017-01-06 14:53:00

Bu il Mingəçevir və Yevlaxda icbari tibbi sığortaya cəlb olunan vətəndaşlardan sığorta haqqı alınmayacaq. Fins.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dö vlət Agentliyinin şəbə müdiri Vüqar Qurbanov məlumat verib.

Bildirib ki, icbari tibbi sığorta sistemi bütün ölkə ərazisində tətbiq edilməyə başlayandan sonra sığorta haqqı ödənilməlidir. Sığorta haqqının  məbləği isə hələlik açıqlanmayıb.  V.Qurbanov deyib ki, həmin məbləğlər qanunvericilikdə edilən dəyişikliklərdən sonra dəqiqləşəcək:

“Yaxın vaxtlarda bununla bağlı qanunvericiliyə dəyişiklik olacaq. İcbari tibbi sığorta haqqının məbləği, hansı kateqoriyadan olan vətəndaşlara şamil olunacağı, sərbəst məşğul əhali qrupu üçün sığorta haqqının məbləği məlum olacaq”.

Xatırladaq ki, bir müddət öncə Agentlik rəsmiləri icbari tibbi sığorta haqqının illik 100 manat civarında olacağını bildirmişdilər.   

Agentliyin tabeliyində olan tibb müəssislərini isə yanvar ayından etibarən özü maliyyələşdirəcək. Publik hüquqı şəxs olduğundan onun tabeliyində olan müəssisələrdə və müqavilə əsasında işləyən tibb mərkəzlərində çalışan işçilərin maaşları da artırılacaq. 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7021
  • € EUR
    1.9133
  • ₽ RUB
    0.0302