SIĞORTA

Sığortalanan evlərin sayı artıb – İSB
01 DEKABR
157

Sığortalanan evlərin sayı artıb – İSB

2016-12-01 14:40:00

Azərbaycanda icbari qaydada sığortalanan əmlakların sayı noyabr ayında 7 %, buna görə toplanılan sığorta haqqları isə 2 dəfədən çox artıb. Fins.az-ın məlumatına görə, bunu İcbari Sığorta Bürosu (İSB) açıqlayıb. Belə ki, ötən ay daşınmaz daşınmaz əmlakın icbari sığortası üzrə 15 383 sığorta müqaviləsi bağlanılıb və bu sığorta növü üzrə daxil olan sığorta haqlarının məbləği 2,1 milyon manat təşkil edib. Ay ərzində sığortalanan daşınmaz əmlakların 85,9%-i yaşayış evləri və mənzillər, 0,2% -i inzibati binalar, 13,9%-i isə digər obyektlər olub. 

Bundan əlavə, noyabr ayında daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə 158, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə 11 sığorta müqaviləsi bağlanılıb. Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə daxil olan sığorta haqları  11 550 manat, sərnişinlərin icbari fərdi qəza sığortası üzrə daxil olan sığorta haqları isə 8 642 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271