SIĞORTA

Sığorta şirkətinin yığımları 13 dəfə azaldı – HESABAT
28 NOYABR
302

Sığorta şirkətinin yığımları 13 dəfə azaldı – HESABAT

2016-11-28 12:22:00

İqtisadi durğunluqdan ən böyük ziyan çəkən sığorta şirkətlərindən də  biri “Amrah Sığorta”dır. Fins.az-ın məlumatına görə, son statistika sığorta şirkətinin sığorta şirkətinin  yığımları  13,6 dəfə azalıb. Sığorta bazarının ən kiçik payçısı yanvar-oktyabr aylarında 54 335 manat sığorta haqqı toplayıb. Halbuki ötən ilin eyni dövründə  bu rəqəm 740 394 manat olub. Sığorta şirkəti oktyabr ayında isə cəmi 4 775 manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkətinin ödənişləri 2,8 dəfə azalaraq 165 597 manat olub. Ötən ilin 10 ayında “Amrah Sığorta”  474 454 manat ödəniş etmişdi. Sığorta şirkətinin bir aylıq ödəniş xərcləri 38 848 manat təşkil edib. 

Eləcə də bax: Yığımları 13,4 dəfə azalan şirkət: “İqtisadi vəziyyətin düzəlməsinə ümid edirik”

Yığımların kəskin azalması sığorta şirkətinin zərərliliyinə də artırıb. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında toplanılan hər 100 manatdan 64 manatı ödəniş edilibsə, bu ilin eyni dövründə toplanan hər 100 manat qarşılığında 167 manat ödəniş edilib.

Sığorta şirkətindən bildirirlər ki, yığımların kəskin azalması bank fəaliyyətində yaranan durğunluqla bağlıdır. Belə ki, sığorta şirkətinin əsas satışları bank məhsulları ilə bağlı olub. Bank kreditlərin dayanması isə əlaqəli sığorta məhsullarının satışını da kəskin azaldıb.

Yeri gəlmişkən, “Amrah Sığorta”dan bildirilib ki, yığımların kəskin azalmasına baxmayaraq şirkət fəaliyyətini davam etdirmək niyətindədir: «Biz iqtisadi vəziyyətin düzələcəyini gözləyirik». 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270