SIĞORTA

Sığorta şirkətinin yığımları 5,5 milyon manat azaldı
23 NOYABR
417

Sığorta şirkətinin yığımları 5,5 milyon manat azaldı

2016-11-23 10:46:00

“Atəşgah” sığorta şirkətinin  bu ilin yanvar-oktyabr aylar üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, sığorta şirkətinin yığımları 14,5% azalaraq 32,14  milyon manat olub. Halbuki, ötən ilin eyni dövründə ümumi yığımların həcmi 37,60  milyon manat təşkil etmişdi. Sığorta şirkətinin sentyabr ayı ilə müqayisədə oktyabr ayında yığımları 2,78 milyon manatdan 1,90 milyon manata kimi azalıb.       

“Atəşgah” sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 0,8 % azalaraq 12,95  milyon manata düşüb. Ötən ilin eyni dövründə bu rəqəm 13,06 milyon manat olub. Sığorta şirkətinin oktyabr ayı üzrə ödəniş xərcləri isə 1,53 milyon manat təşkil edib.

10 ayın nəticələrinə əsasən, yığımlardakı azalma zərərliliyi də artırıb. Ötən ilin yanvar-oktyabr aylarında sığorta şirkəti  topladığı hər 100 manatdan 34,7 manatını ödəniş olaraq vermişdisə, bu ilin eyni dövründə bu rəqəm 40,3 manata yüksəlib. 

Fins.az məsələ ilə bağlı münasibət almaq istəsə də, "Atəşgah Sığorta"dan yığımların azalması ilə bağlı açıqlama verməkdən imtina ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270