SIĞORTA

Həyat sığortasında sıxışdırılan şirkət hansıdır? – HESABAT
22 NOYABR
479

Həyat sığortasında sıxışdırılan şirkət hansıdır? – HESABAT

2016-11-22 11:54:00

Bu ilin yanvar-oktyabr aylarının nəticələrinə əsasən həyat sığorta bazarında fəaliyyət göstərən sığorta şirkətlərinin vəziyyətləri məlum olub. Fins.az-ın məlumatına görə, yığımların və ödənişlərin həcminə görə, “Paşa Həyat” sığorta şirkəti liderdir. 

“PAŞA Həyat”ın yığımları 40% artıb

Şirkətin yığımları ötən ilin eyni dövrü ilə müqayisədə 39,5% artaraq 66,981 milyon manat olub. Ödənişlərin həcmi 4 dəfə artaraq 32,521 milyon manata yüksəlib. Sığorta şirkəti yığımların həcminə görə  həyat bazarının 53,5%-nə, ödənişlərə görə 42,8%-nə sahib olub. 

“Atəşgah Həyat” yenidən 2-ci olsa da, “ötən günlərə çata bilmir”

“Atəşgah Həyat” ötən aydakı geriləmədən sonra yenidən bazar üzrə 2-ci pilləyə yüksəlməyi bacarıb. Bununla belə, nəticələri ötən ilin eyni dövrü ilə müqayisədə heç də ürəkaçan deyil. Sığorta şirkətinin 10 aylıq yığımları 7,2 % azalaraq 30,344 milyon manat olub. Ödənişləri isə əksinə 2,1 dəfə artıb. Nəticədə sığorta şirkətinin zərərliliyi xeyli artıb. Ötən ilin yanvar-oktyabr aylarında şirkət topladığı hər 100 manatdan  33,6 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıbsa, bu ilin eyni dövründə bu rəqəm 76,9 manat olub. Şirkət həyat bazarındakı payı yığımlar üzrə 26,6%, ödənişlər üzrə 30,7 % təşkil edib.

“Qala Həyat” həyat sürətlə yüksəlir

“Qala Həyat” sığorta şirkətinin yığımları xeyli artsa da, həyat sığortası bazarı üzrə sonuncu pillədə qərarlaşıb. Sığorta şirkətinin yığımları 56,5 % artaraq 27,887 milyon manat, ödənişləri 22 % artaraq 20,046 milyon manat təşkil edib. “Qala Həyat”ın zərərliliyi də aşağı düşüb. Belə ki, ötən ilin 10 ayında hər 100 manatdan 92,2 manatı ödəniş olaraq müştərilərə verilibsə, bu ilin eyni dövründə bu rəqəm 71,8 manata düşüb. Sığorta şirkəti həyat bazarı üzrə yığımlara görə 19,9%, ödənişlər üzrə 26,5% paya malik olub. 

“PAŞA Həyat”ın yığımlar üzrə bazarın yarısından çoxuna sahibdir. “Atəşgah Həyat” 2-ci, “Qala Həyat” sonuncudur.

Şirkətlər

Yığımlar

Bazar payı

“PAŞA Həyat”

66,981,823

53,5%

“Atəşgah Həyat”

30,344,682

26,6%

“Qala Həyat”

27,887,284

19,9%

Şirkətlər

Ödənişlər

Bazar payı

“PAŞA Həyat”

32,521,267

42,8%

“Atəşgah Həyat”

23,347,904

30,7 %

“Qala Həyat”

20,046,442

26,5%

Yığımlar dinamikasına görə, ən böyük artım “Qala Həyat”da müşahidə edilir. “PAŞA Həyat” dinamikaya görə, 2-cidir. “Atəşgah Həyat”da isə əksinə yığım dinamikası mənfiyə düşüb. 

Şirkətlər

Yığımlar

Yığım dinamikasi

2015, 10 ay

2016, 10 ay

“PAŞA Həyat”

 47 991 977

66,981,823

39,5%

“Atəşgah Həyat”

32 717 240

30,344,682

-7,2 %

“Qala Həyat”

17 816 480

27,887,284

56,5 %

Ödəniş dinamikası hər 3 şirkətdə artan xətlə inkişaf edir. Ən böyük dinamika “PAŞA Həyat”dadır.

Şirkətlər

Ödənişlər

Ödəniş dinamikası

2015, 10 ay

2016, 10 ay

“PAŞA Həyat”

 8 169 121

32,521,267

4 dəfə

“Atəşgah Həyat”

11 005 333

23,347,904

2,1 dəfə

“Qala Həyat”

16 425 414

20,046,442

22 %

Ən maraqlı məsələlərdən biri bazar payı ilə bağlıdır.Son statistika göstərir ki, “Atəşgah Həyat”ın kiçilməsi hesabına digər iki şirkət bazar payını artırıb.

Şirkətlər

Bazar payı, 2015

Bazar payı, 2016

“PAŞA Həyat”

48,7 %

53,5%

“Atəşgah Həyat”

33,2 %

26,6%

“Qala Həyat”

18%

19,9%

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275