SIĞORTA

“PAŞA Sığorta” nəyin hesabına artır? – SƏBƏBLƏR
15 NOYABR
499

“PAŞA Sığorta” nəyin hesabına artır? – SƏBƏBLƏR

2016-11-15 09:59:00

“PAŞA Sığorta” şirkətinin bu ilin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 55,6 % və ya 32 020 203 manat artaraq  89 523 191 manat olub. Halbuki, ötən ilin eyni dövründə bu rəqəm  57 502 988 manat olub. Sığorta şirkəti oktyabr ayında 81 220 484 manat sığorta haqqı toplaya bilib.

Sığorta şirkətinin yığımları ilə yanaşı, ödənişləri 53,2 % artaraq  37 687 068 manat olub. Ötən ilin 10 ayında  “PAŞA Sığorta”nın ödəniş xərcləri 24 586 788 manat təşkil edib. Şirkət ötən ay isə 4 527 168 manat sığorta ödənişi həyata keçirib. 

Sığorta şirkətinin zərərliliyi də ötən ilin eyni dövrü ilə müqayisədə nisbətən azalıb. 2015-ci ilin 10 ayında sığorta şirkəti topladığı hər 100 manatdan 42,7 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm  42 manat olub.

“Fərdi sığorta satışlarının artırmışıq”

Sığorta şirkətinin idarə heyəti sədrinin birinci müavini Əli Bayramov fins.az-a bildirib ki, yığımların artmasının iki səbəbi var. Birincisi “PAŞA Sığorta” ötən ildən etibarən fərdi sığorta satışlarının kəskin artırıb. Söhbət fərdi qaydada  icbari avtomobil və əmlak sığortası satışlarından gedir. Ə.Bayramov bildirib ki, “PAŞA Sığorta” sığorta satışları üzrə həm də bölgələrə fokuslanıb. Yığımların bir hissəsi də elə bölgələrdəki satışların hesabına toplanılır: “9 rayonda “PAŞA Sığorta”nın filialların fəaliyyət göstərir və bölgələrdə  effektiv sığorta satışları üsullarında istifadə edilir”.

“Korporativ müştərilərin diversifikasiyanı aparırıq”

O, əlavə edib ki, digər tərəfdən korporativ portfelin diversifikasiyası aparılır:“Söhbət ondan gedir ki, korporativ satışlarda diversifikasiya növlər üzrə deyil, həm də müştərilər üzrə aparılır.Yəni, sığorta şirkəti ancaq  iri korporativ müştərilərə deyil, orta və iri müştərilərə diqqəti yönəldib”. O, bildirib ki, korpotariv satışlar daha çox əmlak və yük sığortası hesabına aparılır.     

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274