SIĞORTA

Bu sığorta şirkəti də geriləməyə başladı – HESABAT
10 NOYABR
640

Bu sığorta şirkəti də geriləməyə başladı – HESABAT

2016-11-10 09:59:00

“Xalq Sığorta” şirkətinin yanvar-oktyabr ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, 2,8 % azalaraq ümumi yığımlarının həcmi 47692 müqavilə üzrə 8 900 958 manat olub. Ötən ilin eyni dövründə isə şirkət 9 158 393 manat sığorta haqqı toplaya bilmişdi. Qeyd edə ki, ilin əvvəlindən indiyə qədər ilik dəfə olaraq sığorta şirkətinin yığımlarında azalma müşahidə edilməyə başlayıb.

Sığorta yığımlarının 4 449 607manatı icbari sığorta növlərinin, 4 451 351manatı isə könüllü sığortalar üzrə toplanılıb. Yığımların 55,7 % avtomobil sığortasının, 21,4 % əmlak sığortasının, 20,7%-i tibbi sığortanın, qalan hissəsi isə səfər, yük, fərdi qəza və məsuliyyət sığortasının payına düşüb. Sığorta yığımlarının 349 769 manatı təkrarsığortaya ötürülüb.

“Xalq Sığorta”nın  ödənişləri  isə əksinə 21,2 % artaraq 5 115 060 manat olub. Belə ki, ötən ilin eyni dövründə isə şirkətin ödəniş xərcləri  4 220 895 manat təşkil edib. Sığorta ödənişlərinin  79,5%-i və  ya 4 068 795 manatı həm icbari, həm könüllü sığortası üzrə avtomobillərin təmir xərcinə yönəldilib.

“Xalq Sığorta”nın 10 aylıq  tibbi sığorta üzrə xərcləri isə 946 835 manat olub. Bundan əlavə, əmlakın könüllü sığortası üzrə 63 156 manat, fərdi qəza sığortası üzrə 21 680 manat, əmlakın icbari sığortası üzrə 7 519 manat, səyahət sığortası üzrə 5027 manat, məsuliyyət sığortası üzrə 2 045 manat ödəniş edilib.

Sığorta şirkətinin yığımlarının azalmağa başlaması və ödənişlərin artması şirkətin zərərliliyini artırıb. Belə ki, ötən ilin yanvar –oktyabr aylarında “Xalq Sığorta” topladığı hər 100 manatdan 46 manatını ödənişə yönəldibsə, bu ilin eyni dövründə bu rəqəm 57,4 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275