SIĞORTA

Özəl klinikalar icbari tibbi sığorta sistemindən – KƏNARDA QALACAQ
25 OKTYABR
384

Özəl klinikalar icbari tibbi sığorta sistemindən – KƏNARDA QALACAQ

2016-10-25 14:58:00

İcbari tibbi sığorta ilkin mərhələdə özəl xəstəxanalara aid edilməyəcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Vüqar Qurbanov fins.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta sisteminə hələlik ancaq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələri daxil ediləcək.

“Əgər həmin müəssisələrdə lazım olan tibbi xidmət olmasa, biz digər dövlət tibb müəssislələrinə müraciət edəcəyik. Həmin xidməti bu xəstəxanalarda tapa bilməsək, onu özəl klinikalardan almaq olar. Ancaq hamısından yox. Belə hallarda vətəndaşlar əvvəlcədən müqavilə bağladığımız özəl klinikaya müraciət edə biləcəklər”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270