SIĞORTA

«AzRe»nin yeni reytinqi təsdiqləndi
24 OKTYABR
310

«AzRe»nin yeni reytinqi təsdiqləndi

2016-10-24 10:06:00

Azərbaycanın yeganə təkrarsığorta şirkəti olan «AzRe» şirkətinin yeni reytinqi təsdiqlənib. Şirkətdən fins.az-a verilən məlumata görə, «A.M. Best» Qlobal Sığorta Kredit Reytinqi və İnformasiya Xidməti oktyabr ayının 21-də «AzRe Təkrarsığorta»nın Maliyyə Dayanıqlığı Reytinqini “B+”,Uzunmüddətli Kredit Reytinqi “bbb-“ müəyyən edib. Şirkətin kredit reytinqinin proqnozu isə "stabil" olaraq saxlanılıb.

Eləcə də bax: Yerli təkrarsığorta şirkəti kapitalını artırır

Şirkətdən bildirilib ki, “A.M. Best” bu reytinqi ölkə üzrə yalnız  “Azre”yə verib. Bu isə hətta böhran dövründə də şirkətin inkişaf perspektivlərinin göstəricisidir. Belə ki, 2015-ci ildə iqtisadi böhran nəticəsində sığortaya tələbin azalması «Azre»nin sığorta bazarında 1,4% geriləməsinə səbəb olub. Buna baxmayaraq təkrarsığorta şirkəti bazarın 38%-ni əhatə edə bilib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272