SIĞORTA

Aktuarilər Assosiasiyasının rəsmi saytı işə düşüb
14 OKTYABR
418

Aktuarilər Assosiasiyasının rəsmi saytı işə düşüb

2016-10-14 14:53:00
Azərbaycan Aktuarilər Assosiasiyasının rəsmi internet səhifəsi istifadəyə verilib. Fins.az-ın məlumatına görə, internet səhifəsində aktuarii fəaliyyəti, bu sahədəki qanunvericilik, o cümlədən aktuarilər üçün tətbiq olunan normativlər barədə geniş məlumat əksini tapıb. Saytda Azərbaycan Aktuarlar Assosiasiyası, onun strukturu və fəaliyyəti barədə məlumat verilir. 
Saytın ziyarətçiləri Azərbaycanda fəaliyyət göstərən aktuarilərin siyahısı, aktuarii peşəsi ilə bağlı təlimlər, kurslar və imtahanlar barədə məlumatlarla tanış ola bilərlər.
İnternet səhifəsində həmçinn sığorta bazarı ilə bağlı statistik məlumatlar və aktuarii sahəsinə aid elmi ədəbiyyatlar barədə məlumatlar verilib.
Saytda aktuarilərin siyahısı ilə də tanış olmaq mümkündür. İstifadəçilər bu sayt vasitəsilə Aktuarilər Assosiasiyasına üzvlük üçün müraciət edə edə bilərlər.
Eləcə də, saytın imkanlarından istifadə etməkə təlim kurslarına və sınaq imtahanlarına da yazılmaq olar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272