SIĞORTA

Təmir xərcini yeni usulla hesablayırıq – VİDEOMÜSAHİBƏ
14 OKTYABR
418

Təmir xərcini yeni usulla hesablayırıq – VİDEOMÜSAHİBƏ

2016-10-14 10:17:00

Qəza nəticəsində dəyən zərərin qiymətləndirilməsi ilə bağlı müştərilərlə servis şirkətləri arasında tez-tez mübahisələr olurdu. Amma zərərin avtomatik qiymətləndirilməsi sistemi işə düşəndən sonra belə mübahisələr kəsilib. Bu barədə fins.az-a videomüsahibəsində Mersedes avtomobillərinin Azərbaycanda rəsmi distribütoru olan «Autostar Kaukazus» şirkətinin servisinin rəhbəri Namiq Allahverdiyev bildirib. Onun sözlərinə görə, Audatex şirkətinin tətbiq etdiyi zərərlərin avtomatik hesablanması sistemi servis şirkətinin işini asanlaşdırıb və sığorta şirkətləri ilə müştərilər arasındakı münasibətləri dəyişib.

N.Allahverdiyevin sözlərinə görə, başçılıq etdiyi servis yalnız Mersedes avtomobillərinə xidmət edir. Son vaxtlar manatın ucuzlaşması nəticəsində xaricdən gətirilən ehtiyat hissələri də təqribən 20-30% bahalaşıb. N.Allahverdiyev bildirib ki, son vaxtlar qəza nəticəsində avtomobilin təmiri ilə bağlı müraciətlər azalıb. Servis rəhbəri bildirir ki, bura müraciət edən müştərilərin heç də hamısı avtomobilini bu servisdə təmir etdirmir. Bəziləri sadəcə qiymət çıxarır, yalnız bundan sonra avtomobilini harada təmir etdirmək barədə qərar qəbul edirlər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272