SIĞORTA

Sığorta şirkəti nəticələrini açıqladı – «YIĞIMLARIMIZ ARTIB»
13 OKTYABR
802

Sığorta şirkəti nəticələrini açıqladı – «YIĞIMLARIMIZ ARTIB»

2016-10-13 15:24:00

«Standard Insurance» 2016-cı ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a bildirilib ki, maliyyə göstəriciləri gözlənildiyi kimi stabildir və artan xəttlə davam edir. Sığorta şirkəti ilin əvvəlindən qarşıya qoyulan plan və proqnozlar uğurla yerinə yetirərək ölkənin sığorta bazarında ön sıralardakı yerini möhkəmləndirib.

Şirkətin sığorta haqqlarının yığımı ötən ilin doqquz ayı ilə müqayisədə 13% artaraq 17,406 milyon manat olub. Əsas əməliyyat gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 2,540 milyon manat artaraq 23,423  milyon manata çatıb. Cəmi gəlirləri isə müvafiq olaraq 1,625 milyon manat artıb.

Sığorta haqqlarının, xüsusilə icbari sığorta yığımlarının çoxalması ilə əlaqədar sığorta ödənişləri də 2015-ci ilin müvafiq dövrünə nisbətən 670 773 manat artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274