SIĞORTA

“Xalq Sığorta”nın vəziyyəti məlum oldu
11 OKTYABR
581

“Xalq Sığorta”nın vəziyyəti məlum oldu

2016-10-11 17:27:00

“Xalq Sığorta” şirkətinin bu ilin 9 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə,ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 11 % artaraq 8,254 milyon manat olub.2015-ci ilin yanvar-sentyabr aylarında isə şirkət 7, 434 milyonmanat sığorta haqqı toplayıb.Yığımların 4,080 milyon manatı könüllü növlərin, 4,171 milyon manatı icbari sığorta növlərinin payına düşüb. Sentyabr ayında isə sığorta şirkəti 1,660 milyon manat sığorta haqqı toplaya bilib. 

Sığorta şirkəti topladığı hər 100 manatdan 54,2 manatını müştərilərinə geri qaytarıb. “Xalq Sığorta”nın yığımlarından fərqli olaraq ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 17,2 % artaraq 4,478 milyon manat təşkil edib. 2015-ci ilin 9 ayında isə sığorta şirkəti 3,818  milyon manat ödəniş edib.Ödənişlərin 1,463 milyon manatı icbari sığorta növləri üzrə, 3,014 milyon manat könüllü sığorta növlərinin payına düşüb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272