SIĞORTA

Sığorta şirkəti ən böyük ödənişlərini – AÇIQLADI
10 OKTYABR
358

Sığorta şirkəti ən böyük ödənişlərini – AÇIQLADI

2016-10-10 10:40:00

“Standard İnsurance” ən böyük ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, ötən ay ən böyük 3 ödəniş avtomobillərin könüllü sığortası ilə bağlı olub. Sığorta şirkəti 3 avtomobil qəzasına görə, ümumilikdə 19 078 manat ödəniş edib. 

Aşan “Chevrolet Cruze”a görə 5603 manat

Avtomobil qəzalarında biri  avqust ayının 7-də Siyəzən rayonunda baş verib. KASKO sığortalı “Chevrolet Cruze” avtomobilinin sürücüsü idarəetməni itirib və nəticədə avtomobili aşırıb. Dəymiş zərərə görə sığorta şirkəti  5 603 manat ödəniş edib.

“Nazlifan”a görə 6546 manat ödədi

Ödənişin həcminə görə ikinci sığorta hadisəsi  avqust ayının 14-də Masazır qəsəbəsində baş verib. Könüllü qaydada sığortalanan “Nazlifan” avtomobili  qəzaya düşüb.  “Mercedes” markalı avtomobil “Nazlifan”ı vurub. Qəza nəticəsində  avtomobilə  6 546 manat ziyan dəyib. “Standard İnsurance” avtomobilin təmir xərcini ödəyib.

Ayın ən böyük ödənişi 7 min manat

Sentyabr ayında sığorta şirkətinin ən böyük ödənişi 7 min manata yaxın olub. Avqust ayının 24-də  Bakının  Nəsimi rayonu ərazisində kasko sığortalı “Chevrolet Captiva” avtomobil ilə “Mercedes” toqquşub. Qəza nəticəsində  “Chevrolet” avtomobilinin ön hissəsi sıradan çıxıb. Avtomobilə  dəymiş ziyana görə 6 929 manat ödəniş verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272