SIĞORTA

Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı – MƏBLƏĞ
05 OKTYABR 2016
4246

Azərbaycanda icbari tibbi sığorta haqqı açıqlandı – MƏBLƏĞ

2016-10-05 08:50:00

Azərbaycanda yaxın vaxtlarda tətbiq olunması gözlənilən icbari tibbi sığortada adambaşına düşən aylıq sığorta haqqı 8-9 manat ətrafında olacaq. Bu barədə fins.az-a müsahibəsində Agentliyin şöbə müdiri Vüqar Qurbanov bildirib. Onun sözlərinə görə, hazırki təkliflərdə illik sığorta haqqı 100 manatdan artıq deyil: «Agentlik sığorta haqqının məbləğini müəyyən edərək Nazirlər Kabinetinə təqdim edib. Bizim təklif etdiyimiz illik icbari tibbi sığorta haqqı 100 manatı ötmür». 

Təmizlik Xidmətinə 50% ENDİRİM!

Şöbə müdiri bildirib ki, əhalinin əmək qabiliyyətli hissəsi, yəni işləyənlər və iş qabiliyyəti olanlar sığorta haqlarını özləri ödəyəcəklər. Digər təbəqələrin (pensiyaçılar, yaşı 18-dək uşaqlar və s.) sığorta haqqı dövlət büdcəsindən ödəniləcək.
İlkin təkliflərə görə, icbari sığortanın əhatə edəcəyi xidmətlərə 1800-dən çox müayinə, müalicə, diaqnostik prosedur, cərrahiyə əməliyyatı və digər tibbi xidmətlər daxildir. Zərfə çox bahalı əməliyyatlar, o cümlədən ölkədə ən çox rast gəlinən ürək əməliyyatları da daxil edilib. Bununla yanaşı, B və C, hepatitlər, onkoloji xəstəliklər, orqan transplantasiyası əməliyyatları ilkin mərhələdə icbari tibbi sığorta paketinə daxil olmayacaq.

Eləcə də bax: İcbari tibbi sığortada ən bahalı əməliyyatlar da olacaq - MÜSAHİBƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272