SIĞORTA

Bu şirkətin yığımları 56,9% azalıb – SIĞORTA HESABATI
27 SENTYABR
235

Bu şirkətin yığımları 56,9% azalıb – SIĞORTA HESABATI

2016-09-27 09:51:00

“Beynəlxalq Sığorta” şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, şirkəti yığımları 56,9% azalaraq  3,786 milyon manat olub. Halbuki ötən ilin yanvar-avqust aylarında şirkət  8,791 milyon manat sığorta haqqı toplaya bilmişdi. Kəskin azalma nəticəsində sığorta şirkəti bazar payına görə 9-cu yerdən 11-ci pilləyə düşüb.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 21,9% azalaraq  2,290 milyon manat olub. 2015-ci ilin eyni dövründə isə şirkətin ödənişlərinin ümumi həcmi 2,933 milyon manat təşkil edib.

Statistika şirkətinin zərərliliyinin də xeyli artdığını göstərir.  Belə ki, “Beynəlxalq Sığorta” bu ilin 8 ayında  topladığı hər 100 manatdan 60,4 manatını müştərilərinə ödəniş şəklində geri qaytarıb. Ötən ilin eyni dövründə isə bu rəqəm cəmi 33,3 manat təşkil edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271