SIĞORTA

Böhran tibbi sığortaya niyə təsir etmir? - ARAŞDIRMA
23 SENTYABR
310

Böhran tibbi sığortaya niyə təsir etmir? - ARAŞDIRMA

2016-09-23 10:29:00
İqtisadi durğunluq, əhalinin gəlirlərinin azalması, sığortanı pul ayrılacaq ən son ehtiyaca çevirib. Amma bəzi könüllü növlərdən fərqli olaraq Azərbaycanda könüllü tibbi sığorta bazarı böyüməkdə davam edir. Fins.az-ın məlumatına görə, bu ilin 8 aylıq göstəricilərinə görə, tibbi sığorta üzrə yığımlar 16,9% artaraq 58,627milyon manat təşkil edib.Halbuki,  ötən ilin eyni dövründə bu rəqəm 50,152 milyon manat olub.
 Tibbi sığortada yığımlarla yanaşı, ödənişlər 21,5% artıb. Belə ki, ötən ilin yanvar-avqust aylarında könüllü tibbi sığorta müraciətləri üzrə ödəniş xərcləri 33,225 milyon manat təşkil edibsə, bu ilin eyni dövründə bu rəqəm 40,389 milyon manat olub. 

Bağlanan şirkətlərinin iri müştəriləri bazara təsir edir 

Sığorta ekspertləri tibbi sığorta bazarında  baş verən artımın təbii olmadığı deyirlər. Belə ki, hazırda iqtisadi durğunluq şəraitində könüllü növlərdə azalma müşahidə edilirsə, bu öz növbəsində tibbi sığortada da özünü göstərməlidir. Ekspertlər hesab edirlər ki, bu bağlanan sığorta şirkətlərində  iri korporativ müştərinin müqaviləyə xitam verməsindən sonra  başqa şirkətlə yenidən müqavilə bağlaması hesabına ola bilər. 

Tibbi sığortada zərərliliyin artmasının qarşısı necə alınıb? 

Tibbi sığorta satışı ilə məşğul olan şirkətlər isə sığorta ödənişlərinin artmasının təbii proses olduğunu deyirlər.Belə ki, dolların bahalaşması dərman və tibbi ləvazimatların qiymətlərini xeyli artırıb. Bu isə müraciətlər üzrə ödənişlərin artmasına gətirib çıxarıb. Amma buna  baxmayaraq tibbi sığorta üzrə zərərlilik devalivasiyaya nisbətdə cüzi artıb. “Atəşgah Sığorta” şirkətindən fins.az-a verilən məlumata görə, bunun 3 əsas səbəbi var. 
  1. Əvvəlcə dərmanların süni bahalaşmasının qarşısı alındı 
Birincisi dərman və tibbi ləvazimatların qiymətlərində süni artımın qarşısı alındı.Belə ki,manatın məzənnəsinin dəyişməsi ilə bağlı  ilkin dövrlərdə bir çox sahələrdə bəzi işbazlar, qiymət artımının mümkün olmadığı sahə və  xidmətlərdə belə süni qiymət artımı yaratmaq istəsələr də, dövlət rəhbərliyinin sərt reksiyası nəticəsində süni qiymət artımı qarşısı  alındı.Təbii ki, ilk növbədə qeyd olunan qərar tibb sahəsində də süni qiymət artımının yaranmasına mane olmuşdu. 
  1. Tibb müəssisələri partnyor şirkətlərə qiymətləri artırmadı 
Bundan əlavə, sığorta şirkətlərinin partnyorluq etdiyi tibb müəssisələri ilə  böhran zamanı tərəfdaşların qarşılıqlı maraqlarının daha sıx müdafiə etməsi prinsipi sayəsində işlərin düzgün qurulması da zərərliyin artımının qarşısının alınmasına təsir göstərdi. 
  1. Ölkədə dərmanların vahid qiyməti müəyyən edildi 
Amma tibbi müəssisələri ilə danışıqlar əsasında göstərilən tibbi xidmətlər üzrə qiymət artımına yol verməmək barədə razılıq əldə edilsə də,xaricdən gələn dərman preparatlarının  devalivasiya nəticəsində qiymətlərinin qalxması, analizlər, əməliyyatlar zamanı ümumi qiymət artımına gətirib çıxaran amillər olduğundan, bunun ümumi zərərliyin artmasına böyük təsir etməsi ehtimalı var idi. Amma " Dərman vasitələri haqqında " qanunun tətbiq edilməsi barədə ölkə başçısının 2015-ci il 18 mart tarixli fərmanı nəticəsində respublikada hər dərman satışı ilə məşğul olan müəssisə öz qiymət siyasəti ilə işi qurmaq imkanlarından məhrum edildi və respublika üzrə vahid qiymət siyasəti həyata keçirildi.
Şirkətdən bildirilib ki, bütün qeyd olunan tədbirlər,həmçinin sığorta şirkətlərinin tərəfdaşlıq etdiyi tibb müəssisələri ilə əlaqələrinin düzgün qurması tibbi sığorta üzrə zərərliliyə kəskin artmasının qarşısını ala bilib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272