SIĞORTA

“Sənaye Sığorta”nın vəziyyəti məlum oldu-HESABAT
22 SENTYABR
371

“Sənaye Sığorta”nın vəziyyəti məlum oldu-HESABAT

2016-09-22 17:40:00

“Azərbaycan Sənaye Sığorta” şirkətinin bu ilin 8 ayı üzrə nəticələri məlum olub. Fins.az-ın məlumatına görə, şirkətin yığımları   ötən ilin eyni dövrü ilə müqayisədə 55 % və ya 4,27 milyon manat azalaraq 3,483 milyon manat olub. Halbuki sığorta şirkəti 2015-ci ilin yanvar-avqust aylarında 7,754 milyon manat sığorta haqqı toplamışdı.

Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri 20,2% azalıb. Ötən ilin eyni dövründə “Azərbaycan Sənaye Sığorta”nın ödənişləri 2,781 milyon manat olubsa, bu il bu rəqəm 2,221 milyon manat olub.

Şirkətin yığımlarının kəskin azalması zərərliliyi də xeyli artırıb. Belə ki, ötən il sığorta şirkəti topladığı hər 100 manatdan cəmi 35,8 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bu il bu rəqəm 63,7 manat olub.

“Azərbaycan Sənaye Sığorta” bazar payına ötən ilin eyni dövrü ilə müqayisədən 10-cu pillədən 13-cü sıraya düşüb. Şirkətin bazar payı isə 0,9% təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271