SIĞORTA

Sığorta şirkətindən 27,2 % artım -HESABAT
15 SENTYABR
271

Sığorta şirkətindən 27,2 % artım -HESABAT

2016-09-15 14:54:00

“Azərsığorta” 8 aylıq nəticələrini açıqlayıb.Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 27,2 % artaraq 35, 474 milyon manat olub. Ötən ilin yanvar-avqust aylarında isə sığorta şirkəti 27,882 milyon manat sığorta haqqı toplayıb.Yığımların 32,628 milyon manatı icbari sığorta növlərinin, 2,845 milyon manatı könüllü növlərin payına düşüb.

 Sığorta şirkəti topladığı hər yüz manatdan  33 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Şirkətin yığımları ilə yanaşı, ödənişləri 41,7% artaraq 11,713 milyon manat olub. 2015-ci ilin 8 ayında sığorta ödənişlərinin ümumi həcmi 8,267 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275