SIĞORTA

“AtaSığorta”nın böyük ödənişləri – HADİSƏLƏR 
14 SENTYABR
314

“AtaSığorta”nın böyük ödənişləri – HADİSƏLƏR 

2016-09-14 15:43:00
“AtaSığorta” şirkəti iyul ayı üzrə ən böyük ödənişlərini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə,  3 hadisə üzrə ümumilikdə 31 915 manat ödəniş verilib. Sığorta hadisələrindən ikisi avtomobil qəzası, biri isə əmlakla bağlı hadisə olub. 

“Passat” London taksisini əzdi - 6500 manat ziyan

Avtomobil qəzalarından biri bu yanvar ayının 20-də H.Əliyev prospektində baş verib. İdarəetməni itirən “Volksvagen Passat”ın sürücüsü  avtomobili əvvəlcə London taksisinə vurub. Zərbənin təsirindən avtomobil daha sonra işıq dirəyinə çırpılıb.Sığorta şirkəti “Passat”ın icbari sığortası üzrə qəzada xəsarət alan sərnişinlərə, taksiyə və işıq dirəyinə dəyən ziyanı ödəyib. Yüngül xəsarət alan iki sərnişinin hər birinə 750 manat ödənilib. Taksinin təmir xərci və işıq dirəyinə dəyən ziyana görə ayrılıqda 2500 manat olmaqla 5000 manat sığorta pulu verilib. Ümumi ödənişin məbləği  6500 manat təşkil edib. 

Qəzaya uğrayan “Jeep”ə görə  12 415 manat ödəniş

 Digər böyük ödəniş isə kasko sığorta üzrə verilib. Avtomobil qəzası  yanvar ayının 8-də Bakı-Qazax yolunda baş verib. İdarəetməni itirən avtomobil sığortalı “Jeep Grand Cherokee” ilə toqquşub. Nəticə avtomobilə xeyli ziyan dəyib. “AtaSığorta” avtomobilin təmir xərci ilə bağlı 12 415 manat ödəniş edib. 

Mağazanın şüşələri “AtaSığorta”ya 13 min manata başa gəlib

Avqust  ayının ən böyük ödənişi 13 min manat olub.  Sığorta ödənişi  daşınmaz əmlakın könüllü sığortası üzrə verilib. Hadisə may ayının 5-də Bakıda baş verib. Z.Tağıyev küçəsində yerləşən geyim mağazasının çöl şüşələri naməlum səbəbdən çatlayıb. Sığorta hadisəsi araşdırılandan sonra mağazaya dəyən ziyan tam olaraq ödənilib.  
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272