Azərbaycanın ən böyük sığorta şirkətlərindən biri olan «AzSığorta» şirkətinin rəhbərliyində ciddi kadr dəyişiklikləri var. Şirkətdən fins.az-a verilən məlumata görə, Direktorlar Şurasının sədri Aleksandr Qeorqiyeviç Kananadze avqust ayının 11-dən etibarən işdən azad olunub, eyni zamanda şirkətdən ayrılıb. Həmin tarixdən etibarən Direktorlar Şurasının sədri vəzifəsinə Tariyel Rüstəmov təyin edilib.
Bundan əlavə eyni tarixdə «AzSığorta»nın idarə heyətinin sədr müavini Aleksandr Aleksandroviç Solovkin də işdən azad olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır