SIĞORTA

Həyat sığorta bazarı 26,5 % artıb
31 AVQUST
232

Həyat sığorta bazarı 26,5 % artıb

2016-08-31 10:54:00

2016-cı ilin yanvar – iyul aylarında  həyat sığorta bazarı 26,5 % və ya 19,5 milyon manat artıb. Fins.az-ın məlumatına görə,  Azərbaycanın 3 həyat sığortası şirkəti tərəfindən 93,1 milyon  manat sığorta haqları toplanılıb. Ötən ilin eyni dövründə isə bu rəqəm 73,6 milyon manat olub.

Sığorta yığımlarının 51,1 milyon manatıhəyatın yaşam sığortası üzrə, 20,2 milyon manatı həyatın ölüm halından sığortası üzrə, 118,7 min manatı əmək qabiliyyətinin sığortası üzrə toplanılıb. 

 Həyat sığorta bazarı üzrə yığımlarla yanaşı, ödənişlər 37,5 % və ya 11,8 milyon manat artıb. Bu ilin 7 ayında  həyat sığortası üzrə ödənişlər 43,2 milyon manat olub. Ötən ilin eyni dövründəbu rəqəm 31,4 milyon manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272