SIĞORTA

Sığorta şirkəti dələduzluq halları ilə mübarizəyə başladı – TƏLİM
24 AVQUST
565

Sığorta şirkəti dələduzluq halları ilə mübarizəyə başladı – TƏLİM

2016-08-24 14:10:00

“AzSığorta” şirkəti qəza komissarlarının toplantısını keçirib. Sığorta şirkətindən fins.az-a verilən məlumata görə, qəza komissarlarına “Dələduzluq, hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismari qaydalari əleyhinə olan cinayətlər” mövzusunda təlimin keçirilib. Təlim hüquq üzrə fəlsəfə doktoru, dosent Bəhruz Kərimli tərəfindən aparılıb.

Sığorta dələduzluğu halları 50 % artıb

“AzSığorta”dan bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd qəza komissarlarının peşəkarlıq səviyyəsinin artırılmasıdır.Belə ki, hadisəni təhrif edərək sığorta şirkətindən pul qoparma kimi dələduzluq halları getdikcə artır. Məsələn, ötən illə müqayisədə bu ilin eyni dövründə saxtakarlıq halları 50 % artaraq 20-30 fakt təşkil edib. Saxta sığorta hadisələrinə görə, ödənişlərin verilməsi isə hazırki iqtisadi vəziyyət şirkətlər üçün əlavə xərc yarada bilər.Sığorta hadisələrinin düzgün araşdırılması, sığorta dələduzluğu hallarının aşkarlanması və son nəticədə xərclərin optimallaşdırılması üçün qəza komissarlarının maariflənməsinə böyük ehtiyat var.

Digər tərəfdən qəza komissarı sürücülərin hadisəni təhrif etdiyini avtomobil qəzalarının hansı qayda pozuntusu nəticəsində baş verdiyi dərhal müəyyən edə bilməlidir.Bununla qəza komissarları sığortalıların yəni, sürücülərin müvafiq icra orqanlarının nümayəndlərinin saxtakarlıq halları ilə üzləşməməsi üçün hüquqi yardım göstərə bilməlidirlər. “AzSığorta”dan bildirilib ki, bunun  bağlı qəza komissarları hər il yol hərəkəti qaydaları ilə bağlı bilikləri yoxlanılır. Eyni zamanda təlimlər də keçirilir.  

Qeyd edək ki, birinci belə toplantı keçən ilin noyabr ayında“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilatı əsasları”mövzusuna,ikincisi isə bu ilin may ayında qüvvəyə minmiş yeni İnzibati Xətalar Məcəlləsinin “Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar” fəslinə həsr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274