SIĞORTA

“İpək Yolu Sığorta”nın ödənişləri kəskin artıb
23 AVQUST
246

“İpək Yolu Sığorta”nın ödənişləri kəskin artıb

2016-08-23 11:43:00

“İpək Yolu Sığorta” şirkətinin yanvar-iyul ayları üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi  9,8 % artaraq 16 849 689 manat olub. Ötən ilin eyni dövründə sığorta şirkəti 15 345 158 sığorta haqqı toplayıb. Yığımlarının 71,4 %-i əmlak sığortasının, 27,3% mülki məsuliyyət sığortasının, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb.

Sığorta şirkəti topladığı hər yüz manatdan  1,4 manatını ödəniş olaraq müştərilərinə geri qaytarıb. Bununla belə “İpək Yolu Sığorta” ödənişləri ötən illə müqayisədə 6,6 dəfə artıb. 2015-ci ilin yanvar-iyul aylarında 37 244 manat ödəniş edilibsə, bu ilin eyni dövründə bu rəqəm 244 363 manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275