SIĞORTA

Bugün iki şirkətin lisenziyası ləğv oluna bilər
23 AVQUST
221

Bugün iki şirkətin lisenziyası ləğv oluna bilər

2016-08-23 08:49:00

Bu gün ləğv olunmuş Texnikabank-ın törəmə sığorta şirkəti olan Alfa Insurance ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının qərar verəcəyi gözlənilir. Palata bununla bağlı əvvəlcədən hər hansı açıqlama verməkdən yayınıb.

Trend agentliyi isə Texnikabank-a istinadən bildirib ki, bankın hər iki törəmə şirkətinin - Alfa Insurance və Capital Management investisiya şirkətinin lisenziyasının ləğv edilməsi daha real görünür. Çünki hazırda bazarda bu şirkətləri almaq istəyən yoxdur. 

ADIF-in icraçı direktoru Azad cavadovun sözlərinə görə, əvvəllər də Fond hər iki aktivləri satışa çıxarıb, lakin müştəri tapa bilməyib. “Biz hələ də hər iki şirkət üçün alıcı axtarırıq, lakin maraqlanan yoxdur. Buna görə də çox güman ki, bu şirkətlərin lisenziyası geri çağrılacaq". 

 

Qeyd edək ki, Alfa Insurance sığorta şirkəti 1997-ci ildən fəaliyyətə başlayıb. Onun təsisçisi isə Texnikabank-dır. Bu ilin aqltı ayında Alfa Insurance 1,02 milyon manat sığorta mükafatları toplayıb, ödənişləri isə 654,52 min manat olub.

Capital Management isə 2003-cü ildən Texnika Capital Management adı ilə fəaliyyətə başlayıb. Şirkət həmçinin Bakı Fond Birjasın 4,75 faiz səhm payına malikdir.

"Texnikabank" isə 1994-cü ildən Azərbaycanın bank bazarında çalışıb və bu ilin fevralında Mərkəzi Bank tərəfindən lisenziyası ləğv olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272