SIĞORTA

Həyat sığorta bazarında yığım 24,3 %, ödəniş 20 % artıb – STATİSTİKA
12 AVQUST
144

Həyat sığorta bazarında yığım 24,3 %, ödəniş 20 % artıb – STATİSTİKA

2016-08-12 16:29:00

Bu ilin birinci yarısında   Azərbaycanda toplanmış sığorta haqlarının 28,7 %-i və ya 81,9 milyon manatı həyat sığorta növlərinin payına düşüb. Fins.az-ın məlumatına görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə  24,3 % çoxdur.  

Həyat sığortasındakı yığımların 54,9 %-i və ya 45 milyon manatı həyatın yaşam sığortasının, 26 %-i və ya 21,3 milyon manatı istehsalatda bədbəxt hadisələrdən sığortanın, 19%-i və ya 15,5 milyon manatı həyatın ölüm halından sığortasının, 5,1%-i və ya 42,5 min manatı əmək qabiliyyəti sığortasının, cəmi 1,4%-i və ya 11,3 min manatı isə sağalmaz xəstəliklərdən sığortanın payına düşüb.

6 ay ərzində həyat sığortası üzrə həyata keçirilmiş ödənişlərin məbləği isə 36,7 milyon manat təşkil edib. Bu ümumi ödənişlərin 36,2%-ni təşkil etməklə, 2015-ci ilin eyni dövrünə nisbətdə 20% çoxdur.

Həyat sığortası üzrə ödənişlərin 91,3%-i və ya 33,5 milyon manatı həyatın yaşam sığortasının, 4,1%-i və ya 1,5 milyon manatı həyatın ölüm halından sığortasının  4,5 %-i və ya 1,6 milyon manatı isə istehsalatda bədbəxt hadisələrdən sığortanın  payına düşüb.

Hesabat dövründə həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının müqabilində 44,8 manat ödəniş həyata keçirilib. 2015-ci ilin eyni dövründə isə bu rəqəm 46,5 manat olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275