SIĞORTA

Sığorta şirkəti AMCHAM-a üzv seçildi
28 İYUL
210

Sığorta şirkəti AMCHAM-a üzv seçildi

2016-07-28 10:19:00
“Meqa Sığorta” şirkəti Azərbaycanda biznes maraqlarını təşviq edən və bir çox tanınmış şirkət və müəssisələrin təmsil olunduğu Amerika Ticarət Palatasına – AmCham-a üzv olub. Şirkətdən fins.az-a verilən məlumata görə, Amerika Ticarət Palatasına üzvlük “Meqa Sığorta”ya istər yerli, istərsə də xarici təşkilatlatlarla daha yaxından əməkdaşlıq etməyə imkan verəcək. Bundan əlavə,qanunvericilikdə baş vermiş dəyişikliklər, bazarın monitorinqi və araşdırmalar nəticəsində əldə edilmiş aylıq təhlillər vasitəsi ilə daha geniş məlumatlar əldə etməyə imkan yaradacaq.
 
Palata tərəfindən keçirilən iclaslarda, brifinq və konfranslarda iştirak etməklə əlverişli biznes mühitinin formalaşmasında fəal iştirakına şərait yaradacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272