SIĞORTA

Sığorta şirkəti filial müdirlərini cəzalandırdı – AÇIQLAMA
27 İYUL
933

Sığorta şirkəti filial müdirlərini cəzalandırdı – AÇIQLAMA

2016-07-27 10:02:00

“Azərsığorta” şirkəti  iki filial müdirini cəzalandırıb. Bu barədə fins.az-a şirkətin idarə heyətinin sədr müavini Aftandil Hacıyev bildirib. Onun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasının icbari sığorta ilə bağlı endirimləri qadağan etməsindən sonra satış məsələlərinə rəhbərlik etdiyi üçün filial rəhbərlərivə sığorta agentləri ilə görüş keçirilib. Daha sonra Palatanın  xəbərdarlıq müraciətinin mətni ilə bütün nümayəndəliklərə və agentlərə çatdırılıb. 

Amma buna baxmayaraq, bəzi agentlər icbari sığorta satışları zamanı qanunsuz endirimləri davam etdiriblər. Şirkət tərəfindən  hələlik qanunsuz endirimlər edən bir sığorta agenti aşkarlanıb. Sığorta şirkəti həmin agentlə əməkdaşlığı dayandırıb. 

Eyni zamanda həmin sığorta agentinin əməkdaşlıq etdiyi Xaçmaz və Siyəzən filiallarının rəhbərlərinə töhmət elan edilib. A.Hacıyev bildirib ki, qanunsuz endirimlərə yol verən sığorta agentləri aşkarlandıqca əməkdaşlıq dayandırılacaq.

Eyni zamanda belə  satışlara göz yuman filial rəhbərləri əvvəlcə inzibati qaydada cəzalar, daha sonra işdən azadolunma gözləyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275