SIĞORTA

«Buta»nın «Günay Sığorta»ya ötürdüyü portfelinin – HƏCMİ MƏLUM OLDU
22 İYUL
418

«Buta»nın «Günay Sığorta»ya ötürdüyü portfelinin – HƏCMİ MƏLUM OLDU

2016-07-22 14:30:00

Bağlanan «Buta Sığorta» şirkətinin portfeli «Günay Sığorta» şirkətinə ötürülüb. «Günay Sığorta» şirkətindən fins.az-a verilən məlumata görə, qüvvədə olan sığorta müqavilələri üzrə öhdəliklərin köçürülməsi prosesi iyun ayının sonunda başa çatıb.

«Buta Sığorta»nın «Günay Sığorta»ya yönəldilən portfelinin ümumi həcmi 1 839 919 manat olub. Sığorta portfelinin 80 %-i könüllü əmlak sığortasının, qalan hissəsi isə kasko sığorta, elektron cihazların sığortası,mülki məsuliyyət və digər sığorta növləri təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275