SIĞORTA

“Meqa Sığorta”nın yığımları artır - HESABAT
21 İYUL
425

“Meqa Sığorta”nın yığımları artır - HESABAT

2016-07-21 11:09:00

“Meqa Sığorta” şirkətinin bu ilin 6 ayı üzrə nəticələri məlum olub. Şirkətdən fins.az-a verilən məlumata görə, ümumi yığımların həcmi 21,7 % artaraq 13 797 912 manat olub. 2015-ci ilin birinci yarısında isə sığorta şirkəti 11 335 150 manat sığorta haqqı toplayıb.

Sığorta şirkəti yığımlarının 9,7 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb.“Meqa Sığorta”nın ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 26,5 % artaraq 1 333 005 manat olub. 2015-ci ilin yanvar-iyun aylarında sığorta şirkətinin ödəniş xərcləri 1 053 627 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272