SIĞORTA

Sığorta şirkətində kəskin artım – 6 AYLIQ HESABAT
12 İYUL
586

Sığorta şirkətində kəskin artım – 6 AYLIQ HESABAT

2016-07-12 16:54:00

“Standard Insurance” bu ilin 6 ayı üzrə nəticələrini açıqlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə,ümumi yığımların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % artıb. Belə ki, ötən ilin yanvar-iyun aylarında ümumi sığorta yığımlarının həcmi 9 594 862 manat olduğu halda, bu il 12 522 944 manat sığorta haqqı toplanıb. Sığorta yığımlarının 55  %-i avtomobil sığortasının, 11,6 %-i tibbi sığortanın, 10,3 %-İ əmlak sığortasının, qalan hissəsi isə digər sığorta növlərinin payına düşüb. 

Sığorta şirkəti yığımlarının 28,9 %-ni ödəniş olaraq müştərilərinə geri qaytarıb. Sığorta şirkətinin yığımları ilə yanaşı ödənişləri ötən ilin eyni dövrü ilə müqayisədə 13,3 % artıb. Ötən ilin 6 ayında 3 625 115 manat sığorta ödənişi verilibsə, bu il hadisə üzrə ödəniş xərcləri 4 109 744 manat təşkil edib. “Standard Insurance”ın ödənişlərinin böyük hissəsi avtomobil sığorta ilə bağlı olub. Şirkət avtomobillərin icbari sığortası üzrə 1966 avtomobilin təmiri üçün 2 234 906 manat, kasko üzrə 260 avtomobilə görə 513 942 manat ödəniş edib.

Avtomobillərdən sonra növbəti ən böyük ödəniş xərci tibbi sığorta ilə bağlı olub. Sığorta şirkəti 14566 müraciət üzrə 1 299 368 manat sığorta pulu verib. “Standard Insurance” bundan əlavə könüllü əmlak üzrə 28 080 manat, icbari əmlak sığortası üzrə 20 807 manat ödəniş edib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272