SIĞORTA

Onlayn səyahət sığortasının satışı başladı
11 İYUL
420

Onlayn səyahət sığortasının satışı başladı

2016-07-11 17:25:00

“AXA MBASK” sığorta şirkəti onlayn səyahət sığortasının satışına başlayıb. Şirkətdən fins.az-a verilən məlumata görə, buna qədər  avtomobillərin icbari və könüllü sığortasının onlayn qaydada əldə etmək mümkün idi. İyul ayının əvvəlindən etibarən sayt vasitəsilə həm də səyahət sığortasının elektron satışına başlanılıb. 

Belə ki, turistlər şirkətin saytına daxil olaraq səfərin müddətini, məqsədini, sığorta ödənişinin məbləğini, səyahətə gedənlərin sayı qeyt etməklə sığorta haqqını hesablayırlar. 

Daha sonra uyğun sığorta paketini əldə edirlər. Sığorta polisi dərhal qeydiyyata alınır və müştərinin elektron ünvanına göndərilir. Şirkətdən verilən məlumata görə, onlayn səyahət sığortası satışı gözlənilmədən səfərə çıxanlar üçün əlverişlidir. Belə ki, Avropa ölkələrinə səfər edərkən mütləq səyahət sığortası tələb edilir. Adi qaydada sığorta şirkətlərinin ofislərindən həftəsonu səyahət sığortası əldə etmək mümkün deyil. 

Elektron qaydada isə cəmi bi neçə dəqiqədə lazımı məlumatları doldurmaqla, heç bir sığorta işçisi ilə təmasda olmadan sığorta məhsulunu dərhal əldə etmək mümkündür. Şirkətdən verilən məlumata görə, bir həftə ərzində 6 səyahət sığortası elektron qaydada satılıb. Saytla yanaşı onlayn səhayət sığortası satışı  “facebook”  vasitəsilə də həyata keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272