SIĞORTA

Sığorta şirkətində yenilik
11 İYUL
477

Sığorta şirkətində yenilik

2016-07-11 12:02:00

“Qala Sığorta” şirkətinin rəsmi saytı fəaliyyətə başlayıb. Söhbət bu ilin sentyabrın 30-da “AzRE Təkrarsığorta” şirkətinə satılaraq adı dəyişdirilən "Chartis Azerbaijan" şirkətindən gedir. Bu barədə fins.az-a şirkətin idarə heyətinin sədri Viladi Maniyev bildirib.

Onun sözlərinə görə, qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta şirkətinin saytı artıq fəaliyyətə başlayıb: “Qala sığorta”nın saytı bu aydan etibarən fəaliyyət göstərir. Amma texniki işlər hələ də davam etdirilir”.

V. Maniyev bildirib ki, qala-insurance.az saytı vasitəsilə onlayn sığorta satışı da aparılacaq. Əvvəlcə daha asan icbari sığorta növləri üzrə satışlar həyata keçiriləcək. Daha sonra könüllü sığorta növlərinin satışı ilə bağlı da sayt üzərində işlər davam etdiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272